“Bütün insanlığa və BMT qərarlarına qarşı hədsiz meydan oxumadır”

İslam Əməkdaşlıq Təşkilatı Qadın Həmrəylik Şurası Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi qəbul etmə qərarına sərt reaksiya göstərdi.

863754
“Bütün insanlığa və BMT qərarlarına qarşı hədsiz meydan oxumadır”

İslam Əməkdaşlıq Təşkilatı Qadın Həmrəylik Şurası Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi qəbul etmə qərarına sərt reaksiya göstərdi.

Şuranın açıqlamasında D.Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması pislənərək bildirilib ki, bu qərar məsuliyyətsiz, vicdanları və beynəlxalq hüququ yaralayan bir addımdır. Qərarın heç bir tarixi, siyasi, insani və diplomatik əsası yoxdur. Müsəlman dünyası ilə birlikdə bütün insanlığa və BMT qərarlarına qarşı hədsiz bir meydan oxumadır.

Açıqlamada qeyd olunub ki, illərdir işğal və zülm  altında haqq və ədalət üçün mübarizə aparan fələstinlilər, xüsusilə Fələstinli qadın və uşaqlar yalnız deyillər. İslamın ilk qibləsi olan müdəqqəs məscid Hərəm-i Şərifə ev sahibliyi edən Qüds müsəlmanların ortaq məsələsidir. Qüds həmin zamanda insanlıq üçün də birliyin və bir arada yaşama təcrübəsinin simvoludur. Qüdsün məhrəmiyyətinə zərər verəcək hər addım sülh zəminini aradan qaldırmağa, dünya miqyasında hiddətə səbəb olacaq hadisələrin yaranmasına gətirib çıxaracaq təxribatçılıqdır.

Açıqlamada o da vurğulanıb ki, ABŞ rəhbərliyi bu təhrikedici mövqeyindən dərhal əl çəkməlidir. Qüdsün çox mədəniyyətli kimliğinə və tarixi statusuna hörmətlə yanaşılmalıdır.



Әlaqәli Xәbәrlәr