“Rusiya Trampın Qüdslə əlaqəli qərarından narahatdır”

Kremlinin sözçüsü Dmitriy Peskov ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etmə qərarının bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyini söyləyib.

863581
“Rusiya Trampın Qüdslə əlaqəli qərarından narahatdır”

Kremlinin sözçüsü Dmitriy Peskov ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etmə qərarının bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyini söyləyib.

Rusiyanın Xarici İşlər Naziriliyinin açıqlamasında isə İsrail-Fələstin prosesində BMT-nin təsdiqlədiyi prinsiplərə sadiq qalınmağa dəvət ediləcəyi bildirilib.

Açıqlamada vurğulanıb ki, Trampın qərarı İsrail-Fələstin məsələsini daha da dərinləşdirəcəkdir. BMT-nin prinsipləri çərçivəsində Rusiyanın Şərqi Qüdsün gələcəkdəki bir Fələstin dövlətinin paytaxtı olmasının vacibliyinə dair düşüncəsində hər hansı dəyişiklik yoxdur. Həmin zamanda Qərbi Qüds İsrailin paytaxtı kimi qəbul edilir.

Açıqlamada ələqəli tərəflərə təhlükəli və nəzarət edilə bilməyən nəticələrə gətirib çıxaracaq addımlardan imtina edilməsi üçün çağırış edilib və ABŞ-ın aldığı qərarın İsrail-Fələstin əlaqələrini və bütün bölgədəki vəziyyəti daha da mürəkkəb hala gətirə biləcəyi və bu vəziyyətdən dərin narahatlıq duyulduğu qeyd edilib.

Rusiya xarici işlər nazirinin müavini Gennadiy Gatilov da rus xəbər agentliyi “TASSa” verdiyi açıqlamada ABŞ tərəfinin qəbul etdiyi qərara qatılmadıqlarını vurğulayıb və deyib ki, BMT Təhlükəsizlik Şurasınında keçiriləcək iclasda ABŞ-ın bu mövqeyini tənqid edəcəyik.

Digər tərəfdən Rusiya Müftilər Şurası Trampın Tel Əvivdəki səfirliklərini Qüdsə köçürmə qərarını qınayaraq, Vaşinqtonu bu səhv addımdan imtina etməyə çağırıb.



Әlaqәli Xәbәrlәr