Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını elan edəcək
Bu barәdә Ağ Evin yüksək vəzifəli nümayəndəsi bəyan edib.
862025

Ağ Ev administrasiyasının yüksək vəzifəli nümayəndəsi xüsusi təşkil olunmuş brifinqdə: “Prezident ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanıdığını bəyan edəcək” deyə bildirdi.
Onun sözlərinə görə, Tramp həmçinin ABŞ-ın İsraildəki səfirliyinin Tel Əvivdən Qüdsә köçürüləcəyini bildirəcək.
Ağ Ev rәsmisi bildirib ki: ‘‘Prezidentə görə bu, Qüdsün həm İsrailin tarixi paytaxtı olduğu, həm də bu gün İsrailin bir çox idarəetmə orqanının Qüdsdə yerləşdiyi həqiqətini tanımaqdır"
Әlaqәli Xәbәrlәr

ÜST-ün nümayəndə heyəti Uxanda karantindən çıxıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çinə səfər etmiş nümayəndə heyəti karantindən çıxıb.