Avropada DEAŞ təlaşı

Amerika Birləşmiş Ştatları ilə terror təşkilatı PKK/PYD-nin razılığı əsasında Suriyanın Rakka bölgəsindən çıxan DEAŞ  terrorçuları Avropanı təşvişə saldı.

861999
Avropada DEAŞ təlaşı

İngiltərənin "The Times" qəzeti  DEAŞ terrorçularınınn Avropaya hücumlar etməsi ehtimalından yazdı.

 "The Times" qəzetinin xəbərində PYD/PKK-nın Rakka əməliyyatı əsnasında DEAŞ ilə razılaşması əsasında yüzlərlə DEAŞ üzvünün şəhəri tərk etdiyi, bəzilərinin də Türkiyə tərəfindən yaxalandığı bildirilir.

  Xəbərdə yüzlərlə DEAŞ üzvü ilə Türkiyəyə keçmək istəyərkən yaxalanan 26 yaşlı Səddam əl Hamadi adlı  bir mülki vətəndaşla aparılan müsahibəyə yer verilir.

  "The Times"ın xəbərinə görə, PYD tutduğu DEAŞ üzvlərini 10-15 gün saxlayır, sonra azad edir.

 Xəbərdə:"Hamadinin İfadəsi Rakkadan çıxmasına icazə verilən DEAŞ döyüşçülərinin hücumlar etmək üçün Avropaya istiqamətləndiyi qorxularını gücləndirdi" deyilir.

  Qeyd edək ki, ABŞ-ın dəstəyini alan terror təşkilatı PKK/PYD oktyabrın 17-də DEAŞ-ın Suriyadakı qalası olan Rakka şəhər mərkəzini ələ keçirmişdi.

  DEAŞ şəhərdən çıxmaq üçün PYD/PKK ilə razılaşmışdı.

  Razılaşma nəticəsində PKK/PYD yerli DEAŞ terrorçularının silahları ilə birlikdə təhlükəsiz şəkildə şəhəri tərk etməsinə icazə vermişdi.



Әlaqәli Xәbәrlәr