Yəməndə qarşıdurmalar yenidən şiddətlənib

Yəməndə Husilər ilə hakimiyyətdən kənarlaşdırılan sabiq lider Əli Abdullah Salihə sadiq qüvvələr arasnda bir müddətdir davam edən qarşıdurmalar yenidən alovlanıb.

860552
Yəməndə qarşıdurmalar yenidən şiddətlənib

Sabiq dövlət başçısı Salihə mənsub hərbi qüvvələr komandirinin məlumatına görə bir müddətdir Husilər ilə  Sahil  tərəfdaşları   arasında paytaxtda davam edən qarşıdurlmalar ötən gün yenidən şiddətlənib. Cəzayir xiyabanı istiqamətində irəliləyən  Husilər bəzi məhəllələrə nəzarəti ələ keçiriblər.

BM-nin Yəmən üzrə hümanitar yardım koordinatoru  Jamie McGoldrick da çağırış edib ki, Paytaxt Sanada legitim hökumət müxalifləri arasında davam edən qarşıdurmalara son qoyulsun.

Sanadakı legitim hökumət müxalifləri arasındakı qarşıdurmalardan narahat olduğunu ifadə edən McGoldrick, qarşıdurmalar səbəbindən xeyli sayda dinç sakinin evlərində qapalı qaldığını, çox sayda məsum insanın isə həyatını itirdiyini və yüzlərlə dinç sakinin də yaralandığını qeyd edib.



Әlaqәli Xәbәrlәr