Əfqanıstanda ard-arda 3 partlayış oldu: 2 ölü, 6 yaralı

Əfqanıstanın şərqində Nanqarhar vilayətinin mərkəzi olan Cəlalabad şəhərində ard-arda törədilən 3 partlayışda 2 nəfər öldü, 6 nəfər yaralandı.

860092
Əfqanıstanda  ard-arda 3 partlayış oldu: 2 ölü, 6 yaralı

Əfqanıstanın şərqində Nanqarhar vilayətinin mərkəzi olan Cəlalabad şəhərində ard-arda törədilən 3 partlayışda 2 nəfər öldü, 6 nəfər yaralandı.

  Nanqarhar Valiliyinin mətbuat katibi Ataullah Hogyani Cəlalabaddaki özəl televiziya kanalının binasının girişində üçtəkərli motosikletə yerləşdirilən bombanın uzaqdan pultla partladıldığını bildirdi.

  Hogyani iki zibil qutusuna yerləşdirilən ikinci və üçüncü bombanın isə, birinci hücumda yaralananların köməyinə gələnlərin toplaşdığı zaman partladıldığını qeyd etdi.

  Mətbuat katibi 2 təhlükəsizlik əməkdaşının həlak olduğu hücumlarda ən az 6 nəfərin də yaralandığını söylədi.



Әlaqәli Xәbәrlәr