R.Tillerson: "ABŞ Şimali Koreyanın son qitələrarası ballistik raket sınağını qınayır’’

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın son ballistik raket sınağını qiymәtlәndirib.

857158
R.Tillerson: "ABŞ  Şimali Koreyanın  son qitələrarası ballistik raket sınağını qınayır’’

Ağ Evdə mətbuat nümayəndələrinə  açıqlama verәn Donald Tramp: ‘‘Bu mәsәlә ilә mәrәqlanacağıq. Mәsәlәni general Mattislә müzakirә etdik’’ deyib.

ABŞ müdafiә naziri Cim Mattis isә verdiyi açıqlamada Şimali Koreyanın qitәlәrarası balistik raket sınağı keçirdiyini vә bu raketin әvvәlkilәrdәn  daha yüksәyә çıxdığını ifadә edib.

Cim Mattis bildirib ki: ‘‘Şimali Koreyanın keçirdiyi ballistik raket sınaqları regional və dünya sülhünә təhdiddir’’.

Mәsәlә ilә bağlı açıqlama verәn ABŞ dövlәt katibi Reks Tillerson: "ABŞ  Şimali Koreyanın  son qitələrarası ballistik raket sınağını qınayır. ABŞ Şimali Koreyanın tәhrikedici fәaliyyәtlәrinin dayandırılması  vә  ölkənin  nüvədən təmizlənmәsi üçün  dinc  yolların tapılması istiqamәtindә sәy göstәrir’’. Reks Tillerson Şimali Koreyaya qarşı yeni sanksiyaların tәtbiq edilә bilәcәyini dә qeyd edib.



Әlaqәli Xәbәrlәr