Varşavada İslam mədəniyyət mərkəzinə hücum oldu

Polşanın paytaxtı Varşavada məscid, iclas zalı, mağaza və restorandan ibarət olan İslam mədəniyyət mərkəzinin şüşələri bazar gecəsi naməlum şəxslər tərəfindən sındırıldı.

856983
Varşavada İslam mədəniyyət mərkəzinə hücum oldu

Polşanın paytaxtı Varşavada İslam mədəniyyət mərkəzinə hücum təşkil olundu.
 
 Varşava Polis İdarəsinin mətbuat katibi Mariusz Mrozek məscid, iclas zalı, mağaza və restorandan ibarət olan İslam mədəniyyət mərkəzinin şüşələrinin bazar gecəsi naməlum şəxslər tərəfindən sındırıldığını açıqladı.
 
 Mrozek 2015-ci ildə xidmətə başlayan mərkəzə hücum  edən cinayətkarların yaxalanması üçün təhlükəsizlik kameralarının görüntülərinin araşdırıldığını  bildirərək, məsələ ilə əlaqədar məlumatı olanları polislə əlaqəyə girməyə çağırdı.
 
 Polşadakı müsəlman icması liderlərinin hadisə ilə bağlı mətbuat konfransı keçirəcəyi bildirildi.
 
 Polşada son illərdə nifrət və ksenofobiya aksiyalarında artım müşahidə edilir.



Әlaqәli Xәbәrlәr