Son beş ildə terror hücumları nəticəsində ölənlərin sayı

Terrorla Mübarizə İslam Hərbi Koalisiyası terror hücumlarına görə son 5 ildə 200 mindən çox insanın öldüyünü və yaralandığını açıqlayıb.

855411
Son beş ildə terror hücumları nəticəsində ölənlərin sayı

Terrorla Mübarizə İslam Hərbi Koalisiyası terror hücumlarına görə son 5 ildə 200 mindən çox insanın öldüyünü və yaralandığını açıqlayıb.

41 ölkənin təşkil etdiyi Terrorla Mübarizə İslam Hərbi Koalisiyasının müdafiə nazirləri lik dəfə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəlib.

Yığıncaqda Türkiyəni Milli Müdafiə naziri Nurəddin Canikli təmsil edib.

Koalisiya son 5 ildəki terror hücumlarının nəticəsini açıqlayıb.

Terror hücumlarına görə 200 mindən artıq insanın öldüyü və yaralandığı bəyan edildikdə, bu hücumların 348 milyard dollarlıq fəsadının olduğu bildirilib.

“Terrora qarşı tərəfdaşıq” şüarı ilə keçirilən yığıncaqda terror hücumlarından mənbələnən ölüm hallarının 70 faizinin İraq, Əfqanıstan, Nigeriya və Pakistanda olduğuna diqqət çəkilib.



Әlaqәli Xәbәrlәr