İsrailin Baş naziri Benyamin Netanyahunun İrana sərt reaksiyası

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə silaha sahib olmasına və Suriyada yərləşməsinə icazə verməyəcəyinə dair açıqlamasını bir daha səsləndird

853894
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana sərt reaksiyası

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə silaha sahib olmasına və Suriyada yərləşməsinə icazə verməyəcəyinə dair açıqlamasını bir daha səsləndirdi və Ərəb ölkələrilə “pərdə arxasından” yürütdükləri əməkdaşlığın səmərəli olduğunu vurğuladı.

İsrail dövlətinin banisi David Ben Gurionun vəfatının 44-cü ildönümü münasibətilə Qərbi Qüsdə keçirilən tədbirdə çıxış edən Netanyahu deyib ki,  kim bizi hədəf götürsə onu vurarıq. Kim ki bizi yenidən soyqırıma məruz buraxmağa cəhd göstərsə, həyatını təhlükə ilə üzləşdirər.

Netanyahu İranın nüvə proqramına və Suriyadakı mövcudluğuna toxunaraq bildirib ki, dəfələrlə İranın nüvə silah sahibi olmasına icazə verməyəcəyimizi bildirdik. Həmin zamanda İran qüvvələrinin sərhədimizə yaxın yaxud da Suriyanın hər hansı bölgəsində yerləşməsinə də icazə verməyəcəyik.

İsrailin Ərəb ölkələrilə əlaqələrinə də toxunan Netanyahu bu ölkələrlə səmərəli əməkdaşlıqlarının olduğunu, bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə və sülh çərçivəsində müsbət nəticələrin əldə ediləcəyinə inandığını dilə gətirib.

Qeyd edək ki, İsrail hökuməti “İranın Suriyada gücünü artırmasının ölkəsi üçün qırmızı xətt” olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr