Liviyadan Avropaya keçmək istəyən əlcəzairlilər ölkələrinə qaytarıldı

Qaçqın miqrantların Tunis üzərindən quru yolla gətirildiyini deyən Şərif onu da bildirib ki...

851672
Liviyadan Avropaya keçmək istəyən əlcəzairlilər ölkələrinə qaytarıldı

  Liviya üzərindən qeyri-qanuni yollarla Avropaya keçmək istəyərkən Zuvara şəhərində yaxalanan 46 əlcəzairli ölkələrinə göndərilib.

  Liviya Xarici İşlər Nazirliyi sözçüsü Əbdüləziz Əli Şərif əlcəzairli 46 immiqrantın 3 qrup halında ekstradisiya edildiyini bildirib.

  Qaçqın miqrantların Tunis üzərindən quru yolla gətirildiyini deyən Şərif onu da söyləyib ki: “Sözü gedən adamlar sərhəd xəttinə yaxın bir mərkəzdə sağlıq nəzarətindən keçirilib və vəziyyətləri yaxşıdır”.

  Əlcəzair İnsan Haqları Dərnəyi noyabrın əvvəlində Liviyanın Zuvara şəhərində yaxalanan əlcəzairli qeyri-qanuni miqrantların buraxılması üçün Xarici İşlər Nazirliyinə müraciət etmişdi.



Әlaqәli Xәbәrlәr