Dünya üzrə 70 milyon 900 min gənc işsizdir

İLO-nun İsveçrənin Cenevrə şəhərində açıqladığı hesabatda dünya miqyasında ən çox gənc işsizin 30 faizi ərəb ölkələrinə düşür.

852052
Dünya üzrə 70 milyon 900 min gənc işsizdir

  Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Əmək Təşkilatının məlumatına görə dünya üzrə 70 milyon 900 min gənc işsizdir.

  İLO-nun İsveçrənin Cenevrə şəhərində açıqladığı hesabatda dünya miqyasında ən çox gənc işsizin 30 faizi ərəb ölkələrinə düşür.  

  Beynəlxalq Əmək Təşkilatı dünya miqyasında, xüsusilə, gənclərin iş tapmaq məqsədilə başqa ölkələrə mühacirət etdiyini, bu təbəqənin nisbətinin da dünya əhalisinin 36 faizini təşkil etdiyini bildirib.

  Başqa ölkələrə köç edən gənc əhalinin 44,3 faizi Afrikanın cənubundandır, sonra Şimali Afrika, Cənubi Amerika, Karib və Şərqi Avropa ölkələri gəlir. Amerika Birləşmiş Ştatlarının şimalında yaşayıb başqa ölkələrə miqrasiya etmək istəyən gənclər 17,1 faizdir.

  Beynəlxalq Əmək Təşkilatı açıqladığı hesabatla hökümətlərdən gənc işçi problemini həll etmələrini istəyib.

  Qeyd edək ki, 2009-cu ildəki qlobal maliyyə böhranı zamanı gənc işsizlərin sayı 77 milyona çataraq rekord qırmışdı.



Әlaqәli Xәbәrlәr