BMT Yəməndəki bütün sərhəd keçidlərinin təcili olaraq açılması ilə bağlı çağırış etdi

BMT-nin açıqlamasında Yəmənə tətbiq olunan blokadanın milyonlarla insanın həyatını təhlükəyə atdığı  qeyd olunur.

849917
BMT Yəməndəki bütün sərhəd keçidlərinin təcili olaraq açılması ilə bağlı çağırış etdi

Birləşmiş Millətlər Təşkilatı bir daha Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrinə Yəməndəki hava, dəniz və quru sərhəd keçidlərinin təcili olaraq açılması barədə çağırış etdi.
 
Dünya Ərzaq Proqramının (WFP) icraçı direktoru David Beasley, UNİCEF-in baş direktoru Anthony Lake və Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom tərəfindən imzalanan yazılı açıqlamada Yəmənə tətbiq olunan blokadanın milyonlarla insanın həyatını təhlükəyə atdığı  qeyd olunur.
 
 Açıqlamada Yəməndəki blokadanın qismən qaldırılmasına baxmayaraq, dəniz, hava və quru girişlərinin əhəmiyyətli bir hissəsinin hələ də bağlı olmasının ölkədə fəlakət səviyyəsində olan vəziyyəti  daha da ağırlaşdıracağı vurğulanır.
 
  Yəmənə dərman, peyvənd və əsas qida maddələrinin mühasirə səbəbindən girşinin mümkün olmadığına diqqət çəkilən açıqlamada: "Bu yardım ləvazimatları olmadan aralarında uşaqların da olduğu minlərlə günahsız qurban öləcək" ifadəsinə yer verilir.
 
 Açıqlamada Yəməndə 11 milyonu uşaq olan 20 milyon insanın təcili humanitar yardıma ehtiyacı olduğu, ölkədəki 14.8 milyon insanın əsas səhiyyə xidmətlərindən məhrum olmasına görə 900 mindən çox vəba hadisəsinin müəyyən edildiyi qeyd olunur.
 
Yəməndəki bütün ərzaq ehtiyatlarının tükənməyə başladığı və qiymətlərin sürətlə artdığına işarə edilən açıqlamada müxalifətçilərin nəzarəti altında olan ərazilər də daxil olmaqla, ölkədəki bütün dəniz, hava və quru girişlərinin təcili şəkildə açılması üçün çağırış edilir.



Әlaqәli Xәbәrlәr