Almaniyada yeni  hökumǝti  formalaşdırmaq üçün danışıqlar davam edir

Berlində Almaniya hökumətinin təşkil edilməsi üçün nəzərdə tutulan ilkin məsləhətləşmələrin sonuncu raundu başlayır.

849708
Almaniyada yeni  hökumǝti  formalaşdırmaq üçün danışıqlar davam edir

Məşləhətləşmələri ümumilikdə parlament əksəriyyətinə malik olan dörd partiya aparır: Xristian Demokrat və Xristian Sosialist ittifaqlarının  mühafizəkarları, “İttifaq-90/yaşıllar” və Azad Demokrat Partiyasının liberalları.

Məsləhətləşmələrin əvvəlki raundlarında mübahisəli siyasi mövzuların bütöv sırası üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub, amma bütün məsələlərdə deyil. Qaçqınlar, iqlimin qorunması və vergi daxilolmalarının paylanması ilə bağlı problemlərə yanaşmada əhəmiyyətli fikir ayrılıqları qalıb. Partiya liderləri noyabrın 17-nə keçən gecə koalisiyanın təşkil edilməsi məsələsində rəsmi danışıqlara başlamaq üçün sonuncu dəfə kompromisə gəlmək cəhdi göstəriblər. İlkin məsləhətləşmələri uğurla başa çatdırmaq koalisiya danışıqlarına başlamağın lazımlı şərtidir, amma Almaniyada yeni hökumətin təşkil olunmasına gətirib çıxaracaq koalisiya yaratmağın yeganə şərti deyildir.

 

 



Әlaqәli Xәbәrlәr