ABŞ ölkə vətəndaşlarına Avropa ölkələrinə səyahətlə bağlı xəbərdarlıq edib

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Avropa ölkələrinə səyahətlə bağlı xəbərdarlıq edib.

849306
ABŞ ölkə vətəndaşlarına Avropa ölkələrinə səyahətlə bağlı xəbərdarlıq edib

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Avropa ölkələrinə səyahətlə bağlı xəbərdarlıq edib.

Dövlət Departamentinin yazılı açıqlamasında bildirilib ki, ABŞ vətəndaşları Avropaya səyahət edən zaman tətil, festival və digər fəaliyyətlərində diqqətli olmalıdırlar. Bu turizm xəbərdarlığı 2018-ci il yanvarın 31-dək qüvvədə olacaq. 

Qeyd olunub ki, bu xəbərdarlıq bayram günlərində, ondan əvvəl və sonra Avropa ölkələrində terror hücumlarının baş verə biləcəyi ehtimalı ilə əlaqədardır. DEAŞ və əl-Qaidə terror qruplaşmalarının son zamanlar Fransa, Rusiya, İsveç, İngiltərə, İspaniya və Finlandiyada törətdikləri terrorların oxşarının Avropada yenidən törədiləcəyi ehtimal edilir.

Xəbərdarlıqda terrorçuların silah, partlayıcı maddə və avtomobillərdən istifadə edərək, terror törədə biləcəkləri qeyd edilib.

Səyahət edən ABŞ vətəndaşlarına xərəbdarlıq olunub ki, turist məkanları, ibadətxana, otel, restoran, park və əhalinin sıx olduğu yerlərdə terrorun törədiləcəyi ethimalı yüksəkdir. 



Әlaqәli Xәbәrlәr