Yalan xəbər və internetdə yanlış məlumatla bağlı mübarizə qərarı çıxdı
Avropa İttifaqı yalan xəbər və internet mühitindəki yanlış məlumatla mübarizə aparmaq üçün yüksək səviyyəli mütəxəssis qrupu yaratmaq qərarı verdi.

Aİ Komissiyası tərəfindən verilən məlumatda bildirilir ki, alimlər, qeyri-hökumət təşkilatları və mətbuat yayım orqanlarının nümayəndələrindən ibarət ekspert qrupu yalan xəbər və yanlış informasiya ilə bağlı araşdırma aparacaq və ictimaiyyətə təqdim edəcək. Araşdırma nəticəsinin Avropa İttifaqının yalan xəbərlə mübarizəyə dair strategiyasına töhfə verəcəyi qeyd olunub.
Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans bu barədə deyib: “İnformasiya axını və yanlış məlumatlandırmanın həddini aşdığı bir dövrdə yaşayırıq. Buna görə vətəndaşlarımıza yalan xəbərləri müəyyən etmək, internet mühitində etimadı artırmaq və əldə etdikləri məlumatları istifadə etmələrinə yardımçı olmaq üçün vasitələr təmin etməliyik".
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı Cәnubi Sudanda yaşanan humanitar böhranla bağlı bәyanat yayıb
Cәnubi Sudanda humanitar yardıma möhtac insanların sayı 8,3 milyona çatıb.