Sloveniyada prezident seçkiləri

Sloveniyada xalq ölkənin yeni prezidentini seçmək üçün ikinci dəfə seçki məntəqələrinə gedir.

845710
Sloveniyada prezident seçkiləri

  Ölkədə 22 oktyabrda keçirilən seçkilərdə yarışan 9 namizəddən heç biri səsvermədə  50 faizi keçə bilmədiyi üçün ikinci tura qalan prezident seçkisində bu gün – noyabrın 12-də artıq səs vermə prosesi başlayıb.

  Seçkidə 1 milyon 716 min 39 qeydiyyatlı seçici var. Ölkə içi və xaricindəki bütün səslər sayılacaq.

  Səsvermə prosesi Türkiyə saatıyla axşam 21.00-a qədər qədər davam edəcək, ilkin nəticələr gecə olmadan açıqlanacaq.

 Sloveniyada keçirilən seçkilərin ikinci mərhələsində oktyabrın 22-də səslərin 47,21 faizini qazanan hal-hazırki prezident Borut Pahor və səslərin 24,76 faizini əldə etmiş Kamnik Bələdiyyə sədri Marjan Sarek ölkənin yeni prezidenti olmaq üçün yarışırlar.

  Qeyd edək ki, müstəqilliyinə 1991-ci ildə qovuşan Sloveniyada prezident seçkiləri 5 ildən bir keçirilir.



Әlaqәli Xәbәrlәr