Vaşinqton və Pekin arasında əlaqələr nə deməkdir?

ABŞ prezidenti Donald Tramp noyabrın 8-də başlayan üç günlük rəsmi Çin səfəri çərçivəsində niyabrın 9-da ölkənin başçısı Şi Cinpinqlə görüşüb.

844052
Vaşinqton və Pekin arasında əlaqələr nə deməkdir?

  Çin dövlət başçısı Şi Cinpinq Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın səfəri çərçivəsində Çin və ABŞ şirkətləri arasında 250 milyard dollarlıq bir sıra müqavilə imzalandığını söyləyib.

  ABŞ prezidenti Donald Tramp noyabrın 8-də başlayan üç günlük rəsmi Çin səfəri çərçivəsində bu gün ölkənin başçısı Şi Cinpinqlə görüşüb.  

  İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirərək jurnalistlərə məlumat veriblər.

  Ş.Çinpinq D.Trampın səfəri çərçivəsində iki ölkənin şirkətləri arasında ticarət və investisiya sahələrini əhatə edən 250 milyard dollarlıq bir sıra müqavilə imzalandığını bildirib.

  İki ölkə arasında əməkdaşlıq potensialının böyük olduğunu qeyd edən Çin lideri: “Vaşinqton və Pekin arasında yaxşı əlaqələr bütün dünyanın rifah və sabitliyi deməkdir”, - deyib.

  Tramp 13 günlük Asiya turu çərçivəsində Çindən əvvəl Yaponiya və Cənubi Koreyada olub.



Әlaqәli Xәbәrlәr