ABŞ, İngiltәrә, Fransa və Almaniya Suriyanın Xan Şeyxun bölgәsi ilә bağlı birgә bәyanat verib

‘‘Bәşәr Әsәd әksәriyyәti uşaq olmaqla 100-dәn çox adamı kimyәvi silahla qәtlә yetirdi’’- deyә bәyanatda qeyd olunub.

843804
ABŞ, İngiltәrә, Fransa və Almaniya Suriyanın Xan Şeyxun bölgәsi ilә bağlı birgә bәyanat verib

ABŞ-ın  dövlәt katibi Reks Tillerson, İngiltərə xarici işlәr naziri  Boris Conson, Fransanın xarici işlәr naziri  Jean-Yves Le Drian və Almaniyanın  xarici işlәr naziri  Siqmar Qabriel  aprelin 4-dә Suriyanın Xan Şeyxun bölgәsinә tәşkil edilәn kimyәvi hücumla bağlı birgә bәyanat veriblәr.

Bәyanatda Suriyanın Xan Şeyxun bölgәsinә tәşkil edilәn kimyәvi hücumun Suriya rejimi tәrәfindәn hәyata keçirildiyi bildirilib.

‘‘Bәşәr Әsәd әksәriyyәti uşaq olmaqla 100-dәn çox adamı kimyәvi silahla qәtlә yetirdi’’- deyә bәyanatda qeyd olunub.

Bәyanatda Birləşmiş Millətlər Tәşkilatı ilə Kimyəvi Silahların Qadağan Olunması  Təşkilatı tərəfindən hazırlanan  və Suriyada kimyəvi silah istifadəsini araşdıran birgə istintaq missiyasının aprelin 4-dә Xan Şeyxuna tәşkil edilәn kimyәvi hücumla bağlı istintaqı tamamladığı bildirilib.

‘‘Suriyada kimyəvi silah istifadəsini araşdıran birgə istintaq missiyasının açıqladığı nәticәlәrә etimad edirik’’ deyilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Suriya rejimi kimyәvi silah anlaşması da daxil olmaqla beynәlxalq hüquq normalarını pozub.Bu xain hücumu pislәyirik vә Suriya rejiminin bütün kimyәvi silahları Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına  bildirmәsini tәlәb edirik’’.



Әlaqәli Xәbәrlәr