Jens Stoltenberg:"Qlobal təhdidlərə qlobal cavablar verilir"

8-9 noyabr tarixlərində Belçikanın paytaxtı Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı keçiriləcək.

842900
Jens Stoltenberg:"Qlobal təhdidlərə qlobal cavablar verilir"

NATO müdafiə nazirləri 8-9 noyabr tarixlərində Belçikanın paytaxtı Brüsseldə toplanacaq.
 
 NATO-nun baş katibi Jens Stoltenberg mətbuat nümayəndələrinə toplantıya dair açıqlamalar verdi.
 
 Stoltenberg: "NATO Müdafiə Nazirləri Toplantısında bir çox fərqli məsələ müzakirə olunacaq. Lakin toplantının əsas  mövzuları NATO Komandanlığının quruluşunun nəzərdən keçirilməsi, NATO-nun Əfqanıstandakı rolu və Şimali Koreyanın nüvə proqramı olacaq" dedi.
 
  Stoltenberq Şimali Amerika və Avropa arasında dəniz yolu kommunikasiya xətlərinin qorunması və Avropa miqyasında NATO qoşunlarının hərəkətinin asanlaşdırılması üçün iki yeni komandanlıq mərkəzinin inşa ediləcəyi,  tank və ağır silahların sürətli bir şəkildə yerləşdirilməsini və nəqlini təmin edəcək  yol, körpü və qatar yollarına aid infrastrukturun Avropa İttifaqı ilə birlikdə inkişaf etdiriləcəyi barədə məlumat verdi.
 
 NATO-nun baş katibi Soyuq Müharibə dövründə NATO komandanlığının 22 min şəxsi heyət və 33  mərkəzdən ibarət olduğunu, Soyuq Müharibə başa çatdıqdan sonra şəxsi heyət sayının 7 minə və mərkəzlərin isə  7-yə endirildiyini xatırlatdı, NATO-nun quruluşunun yeni təhdidlər və təhlükəsizlik mühiti çərçivəsində yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu  qeyd etdi.
 
 Stoltenberq toplantıda kiber müdafiə məsələsinin də masaya qoyulacağını söylədi.

Baş katib Şimali Koreya barəsində: "Qlobal təhdidlərə qlobal cavablar verilir" deyərək NATO-nun  hər cür hücuma cavab vermə qabiliyyətinə malik olduğunu bildirdi.
 
  Stoltenberq NATO-nun Əfqanıstandakı Qərarlı Dəstək Missiyası çərçivəsində roluna dair də danışıqlar aparacaqlarını və bu toplantıya Əfqanıstanın müdafiə naziri vəkili Tariq Şah Bahraminin də qatılacağını qeyd edərək:" NATO müttəfiqləri Əfqanıstanın beynəlxalq terrorizmlə mübarizəsinə, sülh və barışığa töhfə vermək üçün gələn aylarda Əfqanıstana daha çox qoşun göndərəcək" dedi.

Qeyd edək ki,Türkiyəni toplantıda milli müdafiə naziri Nurəddin Canikli təmsil edəcək. 



Әlaqәli Xәbәrlәr