ABŞ prezidenti Donald Trump Şimali Koreyaya xəbərdarlıq etdi

ABŞ prezidenti D.Trump Şimali Koreyaya xəbərdarlıq edərək qətiyyətli olduqlarını bildirdi.

842995
ABŞ prezidenti Donald Trump Şimali Koreyaya xəbərdarlıq etdi

ABŞ prezidenti D.Trump Şimali Koreyaya xəbərdarlıq edərək qətiyyətli olduqlarını bildirdi.

Tramp Asiya ölkələrinə səfərinin ikinci dayanacağı Cənubi Koreyanın paxtaxtı Seuldakı görüşləri çərçivəsində Cənubi Koreya Milli Məclisində çıxış edərək deyib ki, Kim Conq Unun rəhbərliyindəki ölkə o qədər çətin vəziyyətdədir ki, hökumət işçiləri belə bu ölkəni tərk edib ölkə xaricində kölə kimi işləməyə razı olur. Bu ölkə heç kəsin haqq etmədiyi bir cəhənnəmdir. Şimali Koreya xalqı acından ölür, ölkədəki rəhbərlik qəddar bir diktatordur.

ABŞ prezidenti Pyonqyanqı insan hüquqlarını pozmaq və sui-istifadə etməkdə, həmçinin Koreya yarımadasında zorakılıqla sülh istəməkdə ittiham edib.

Bu həftənin əvvəli Asiya səfərinin ilk dayanacağı olan Yaponiyada Tramp və Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreya böhranının həllində “bütün variantların masa üzərində” olduğu məsələsində razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr