ABŞ Prezidenti Donald Trampın Çinə səfər etdi

Pekindən sonra Tramp 10-12 noyabrda Vietnama və 12-13 noybarda Filippinə səfər edəcək.

843416
ABŞ Prezidenti Donald Trampın Çinə səfər etdi

ABŞ prezidenti Donald Tramp 13 gün davam edəcək Asiya ölkələrinə səfəri çərçivəsində Yaponiya və Cənubi Koreyadakı görüşlərini başa vuraraq Çinə səfər etdi.

İki günlük səfər zamanı iki ölkə arasında münasibətlər, regional və qlobal məsələlər müzakirə ediləcək.

Çinə səfərinin ilk günündə Tramp və xanımı Çin Dövlət rəhbəri Şi Çinpinq  və xanımı ilə Pekindəki Tienanmen meydanındakı Qadağa Şəhəri gəzdi, bir sıra tədbirlərdə iştirak etdi.

Tramp üçün sabah da Tienanmen Meydanındakı  Böyük Xalq Salonunda rəsmi qarşılama mərasimi təşkil ediləcək. Mərasimdən sonra iki ölkə liderinin görüşü baş tutacaq.  

Trampa Çinə səfəri zamanı 11-i enerji sahəsində olmaqla 29 şirkət nümayəndəsi müşayiət edir.

Pekindən sonra Tramp 10-12 noyabrda Vietnama və 12-13 noybarda Filippinə səfər edəcək.



Әlaqәli Xәbәrlәr