Donald Trampla Sәudiyyә Әrәbistanı kralı arasında telefon danışığı olub

Bu barәdә Sәudiyyә Әrәbistanının rәsmi xәbәr agentliyi SPA mәlumat yayıb.

841102
Donald Trampla Sәudiyyә Әrәbistanı kralı arasında telefon danışığı olub

Sәudiyyә Әrәbistanı Kralı Salman bin Әbdülәziz  vә ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barәdә Sәudiyyә Әrәbistanının rәsmi xәbәr agentliyi SPA mәlumat yayıb.

Mәlumata görә, tәrәflәr terrorla mübarizә mәsәlәsini müzakirә ediblәr. Kral Salman telefon danışığı zamanı ABŞ-ın Nyu York şəhərində baş verən terroru qınayıb və ABŞ-ın terrorla mübarizə baxımından gördüyü tədbirləri dəstəklədiyini bildirib.

Kral ABŞ-da terakt nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, ABŞ-ın Nyu York şəhərinin Manhetten səmtində baş verən atışma nəticəsində 8 nəfər ölüb, 12 nəfər isə yaralanıb. 



Әlaqәli Xәbәrlәr