Fransada Fövqəladə Vəziyyət zamanı nələr yaşandı?

Fransa Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...

840650
Fransada Fövqəladə Vəziyyət zamanı nələr yaşandı?

  Fransa Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir:

  “23 aydır davam edən Fövqəladə Vəziyyət zamanı 4469 ünvana basqın təşkil edilib. Bunlardan 78-i ağır olmaqla 625 silah ələ keçirilib.   

  Fövqəladə Vəziyyət dövründə 92 adamın həyatına bais olan 5 terror hadisəsi törədilib.

  13 hücum cəhdinin və 32 hücum hazırlığının plan mərhələsində qarşısının alındığı qeyd olunub.

  Terrorla mübarizə tədbirləri çərçivəsində 754 nəfər barəsində ev həbsi qərarı qəbul edilib, 19 ibadət yeri yoxlanılıb, bunların 11-i hələ də bağlı saxlanılır.

  25 min nəfər dövlət təhlükəsizliyi üçün təhdid yaratma şübhəsilə izlənilir.”

  Fransa Daxili İşlər naziri Jerar Kollomb: “Lazım gələrsə, Fövqəladə Vəziyyət yenidən elan edilə bilər”, - deyib.

  Qeyd edək ki, Parisdə 130-dan artıq adamın öldüyü hücumlardan sonra 13 noyabr 2015-ci ildə Fransada Fövqəladə Vəziyyət elan olunmuşdu.



Әlaqәli Xәbәrlәr