Dünyada 3 milyondan çox "vətənsiz" insan var

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı dünya miqyasında "vətənsiz" insanların sayını müəyyən etdi.

840506
Dünyada  3 milyondan çox "vətənsiz" insan var

Dünya miqyasında "vətənsiz" insanların sayı 3 milyonu keçdi. 
 
Bu rəqəm Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının  "This is Our Home" - Stateless Minorities and their Search for Citizenship" (Bu bizim evimizdir - Vətənsiz Azlıqlar və Onların Vətəndaşlıq Axtarışı) adlı hesabatında göstərilir.
 
 Hesabata görə, dünyadakı ən böyük "vətənsiz" azlıq qrupunu əhalisinin böyük hissəsi buddistlərdən ibarət olan Myanmada yaşayan Arakan müsəlmanları təşkil edir.
 
 Avqust ayından bu yana təxminən 600 min arakanlı məruz qaldıqları zorakılıq və repressiyalardan qaçaraq Banqladeşə sığınıb.
 
 Hesabatda digər "vətənsiz" qrupların başında  eyni torpaqlarda nəsillərdir yaşayan Suriya kürdlərin, Madaqaskardakı karanaların, Makedoniyadakı qaraçıların və Keniyadakı pembaların gəldiyi göstərilir.
 
 Hesabatda Tailandda yaşayan təxminən 30 min "vətənsiz"in 2012-ci ildən bu yana vətəndaşlıq aldığı, Keniyada isə təxminən 4 min nəfərlik bir qrup olan makondelərin 43-cü azlıq qrupu olaraq müəyyənləşdirildiyi barədə məlumatlar var.
 
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının "Vətənsizlər" şöbəsinin sədri Melanie Khanna:"Tailandda, Orta Asiyada, Rusiyada, Qərbi Afrikada azalma müşahidə olunur. Lakin bu rəqəmlər qətiyyən 2024-cü ilə qədər "vətənsizlik"in sona çatacağını göstərmir" dedi.
 
  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı hökumətləri 2024-ci ilə qədər "vətənsizlər"ə qarşı ayrı-seçkiliyi dayandırmağa, sərhədləri daxilində doğulan insanlara vətəndaşlıq verməyə çağırdı.



Әlaqәli Xәbәrlәr