Sergey Lavrov və Rex Tillerson arasında telefon danışığı oldu

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Rex Tillerson telefonla görüşdülər.

840129
Sergey Lavrov və Rex Tillerson arasında telefon danışığı oldu

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Rex Tillerson telefonla görüşdülər.
 
 Rusiya Xarici İşlər Nazirliyinin məlumatında Lavrov və Tillersonun görüşdə Suriyadakı terror tərəfdarlarının zərərsizləşdirilməsinə yönəlmiş səyləri müzakirə etdikləri bildirilir.
 
Məlumatda nazirlərin Suriyadakı terrorun mənbəyinin məhv edilməsi  və ölkədəki ərazi bütövlüyünə hörmət göstərilməsi məsələsinə də toxunulduğu qeyd olunur.
 
 Məlumatda:"Görüşdə Birləşmiş Millətlər TəşkilatıTəhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında milli dialoqun inkişaf etdirilməsi, ölkədəki siyasi həll prosesinə beynəlxalq dəstəyin aktivləşdirilməsi ilə bağlı aktual məsələlər müzakirə edildi" deyilir.
 
Məlumatda Lavrovun BMT-nin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı ilə birgə fəaliyyətinin siyasiləşdirilməsinin yolverilməz olduğunu vurğuladığı qeyd edilir.
 
 



Әlaqәli Xәbәrlәr