BMT Kubaya sanksiya tətbiqinə son qoyulmasını istəyir

ABŞ-nın Kubaya tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə sanksiyalara son qoymasını nəzərdə tutan layihə, Birləşmiş Millətlər Təşkilatının ümumi iclasında 26-cı dəfə səsə çıxarıldı.

839171
BMT Kubaya sanksiya tətbiqinə son qoyulmasını istəyir

Kubaya embarqo tətbiqinin qınandığı və bunun ləğv edilməsinin tələb edildiyi layihəyə 191 ölkə dəstək verərkən, ABŞ və İsrail mənfi səs verib.

Qeyd edək ki, Kuba ilə əlaqələrin normallaşması prosesində 2015-ci ildə Washington və Havanada qarşılıqlı Səfirliklər açıldıqdan sonra BMT-də layihə ilə əlaqəli baş tutan səs vermədə ABŞ ilk dəfə bitərəf qalmışdı.



Әlaqәli Xәbәrlәr