İsrai Qəzza bölgəsi sərhədi yaxınlığındakı tuneli partlatdı

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra mətbuata verdiyi məlumatda bildirib: “Xilasetmə qrupları tunelin dağıntıları arasından 8 nəfərin cəsədini çıxarıb. Hadisədə 12 nəfər də yaralanıb”.

837381
İsrai Qəzza bölgəsi sərhədi yaxınlığındakı tuneli partlatdı

İsrailin Qəzza bölgəsi sərhədi yaxınlığındakı tuneli partlatması nəticəsində 8 adam ölüb, 12 nəfər yaralanıb.

  Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra mətbuata verdiyi məlumatda bildirib: “Xilasetmə qrupları tunelin dağıntıları arasından 8 nəfərin cəsədini çıxarıb. Hadisədə 12 nəfər də yaralanıb”.

  İslami-Cihad Hərəkatının silahlı qanadı “Seraya Kudus”dan (Qüds Briqadaları) verilən məlumatda hadisədə həlak olanlardan 4-ünün onların qrupundan olduğu bildirilərək yazılıb: “Hadisə zamanı həlak olanların qanları boşa getməyəcək. İsrailin bu hücumuna cavab vermək üçün qarşımızda hər cür variant var”.

  Həmasın silahlı qanadı İzzəddin Kassam briqadalarından verilən açıqlamada isə hücumda tunelin dağıntıları altında qalan və həyatlarını itirən 2 nəfərin onların üzvü olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr