Qanunsuz qızıl qazmaçıları acığa meşəni yandırdılar

Braziliyanın Amazonas ştatının cənubundakı Madeyra çayı ətrafında qanunsuz qızıl mədənçilərilə bağlı əməliyyat keçirilib.

836302
Qanunsuz qızıl qazmaçıları acığa meşəni yandırdılar

  Braziliyanın Amazon meşələrindəki ətraf mühiti qoruma idarələri qanunsuz qızıl mədənçiliyilə məşğul olanları yaxalayıb. 

  Amazonas ştatının cənubundakı Madeyra çayı ətrafında qanunsuz qızıl mədənçilərilə bağlı əməliyyat keçirilib. Ətraf mühiti qoruma bölgəsində yerləşən çay üzərindəki qanunsuz qızıl mədənçiliyində istifadə edildiyi müəyyən olunan sallar “Chico Mendes” Bioloji Müxtəlifliyin Qorunması İnstitutu (ICMBİO) tərəfindən yandırılılıb. Qanunsuz qızıl qazmaçıları da buna qarşılıq olaraq Humaita şəhərindəki Ekologiya və Bərpa Olunan Təbii Ehtiyatlar İnstitutu (İBAMA) və İCMBİO-nun bina və maşınlarını yandırıb.

  Bölgəyə təhlükəsizlik briqadası göndərilib.

  Qeyd edək ki, IBAMA tərəfindən 24 oktyabrdan bu yana Madeyra çayı ətrafında qanunsuz qızıl mədənçiliyinə qarşı İCMBİO ilə aparılan əməliyyat zamanı 37 sal ələ keçirilmiş və bir hissəsi yandırılmışdı.



Әlaqәli Xәbәrlәr