Vladimir Putin:"Suriya ərazisinin 90 faizindən çoxu terrorçulardan təmizlənib"

Rusiya prezidenti Vladimir Putin Suriyadakı terrorla mübarizə əməliyyatında iştirak edən rus əsgərlərini təbrik etdi.

Vladimir Putin:"Suriya ərazisinin 90 faizindən çoxu terrorçulardan təmizlənib"

 Rusiya prezidenti Vladimir Putin:"Suriyadakı terrorla mübarizə əməliyyatında iştirak edən əsgərlərimizi təkrar təbrik etmək istəyirəm. Cəsarətləri və peşəkar əməliyyatları sayəsində bu ölkədəki vəziyyəti kökündən dəyişdirə bildik. Suriya ərazisinin 90 faizindən çoxu terrorçulardan təmizlənib" dedi.
 
 Putin Suriya hökuməti və xarici tərəfdaşlarla yaxından əməkdaşlıq edilərək Suriyada deeskalasiya zonalarının yaradıldığını da xatırlatdı.
 

 Dövlət başçısı  siyasi həll və sülh prosesini dəstəklədiklərini qeyd edərək, sözünə belə davam etdi:
 "Vurğulayaraq qeyd etmək istəyirəm ki, Suriyadakı terrorçular bəsit təşkil olunmuş dəstələrdən deyil, yaxşı təchizatlı, təlim görmüş, güclü maliyyələşdirilən və motivasiya olunan qruplardan ibarətdir. Bu terrorçulara qarşı aparılan hərbi əməliyyatlar Rusiya Hava-Kosmik Qüvvələrinin, Rus ordusunun və donanmasının imkanlarının keyfiyyətli bir şəkildə artdığını ortaya qoydu".
 
Putin bu potensialı daha çox artırmanın, yeni silah sistemləri yaradılmasının və müharibə təliminin optimallaşdırılmasının vacibliyini də qeyd etdi.



Әlaqәli Xәbәrlәr