Rex Tillerson:"Əsəd ailəsinin hökmranlıq dövrü sona çatır"

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillerson ölkəsinin Bəşər Əsədin heç bir rol oynamayacağı bütöv və birləşmiş bir Suriya görmək istədiyini söylədi.

835171
Rex Tillerson:"Əsəd ailəsinin hökmranlıq dövrü sona çatır"

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillerson Orta Şərq və Asiya ölkələrinə etdiyi səfərlərdən sonra İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan də Mistura ilə görüşdü.
 
 ABŞ dövlət katibi görüşdən sonra verdiyi açıqlamada Suriyanın gələcəyində Əsədin olmayacağını vurğulayaraq:"ABŞ Əsədin hökumətdə heç bir rolunun olmayacağı bütöv və birləşmiş bir Suriya görmək istəyir. Əsəd ailəsinin hökmranlıq dövrü sona çatır. Yeganə məsələ bunun necə həyata keçməsidir" ifadəsini işlətdi.
 
 



Әlaqәli Xәbәrlәr