Reks Tillerson Hindistana sәfәr edib

Reks Tillerson görüşlәri çәrçivәsindә Hindistan xarici işlәr naziri Suşma Svarajla bir araya gәlib.

834378
Reks Tillerson Hindistana sәfәr edib

ABŞ dövlәt katibi Reks Tillerson Hindistana sәfәr edib.

Reks Tillerson görüşlәri çәrçivәsindә Hindistan xarici işlәr naziri Suşma Svarajla bir araya gәlib.

Әldә olunan mәlumata görә, görüşdә terrorla mübarizә mәsәlәsinin müzakirә olunduğu bildirilib.

Görüşdәn sonra jurnalistlәrә açıqlama verәn Reks Tillerson  Pakistanda keçirdiyi görüşlәrlә bağlı mәlumat verib.

O, Pakistanda keçirdiyi görüşlәrdә ABŞ prezidenti Donald Trampın terror qruplaşmalarının nәzarәt altına alınması ilә bağlı gözlәntilәrini dilә gәtirdiyini qeyd edib.

Hindistanın xarici işlər naziri Svaraj isә öz növbәsindә ölkəsinin Əfqanıstan mәsәlәsi ilә bağlı Vaşinqton və Kabil rәhbәrliklәri ilә görüş keçirmәyi qәbul etdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr