Dünyada 15 milyon qız erkən evlilik qurbanı olur

Seneqalın paytaxtı Dakarda keçirilən beynəlxalq konfransda dünya üzrə erkən yaşda evlənmə vəziyyəti müzakirə edildi.

833981
Dünyada 15 milyon qız erkən evlilik qurbanı olur

  Konfrans iştirakçıları arasındakı “Save the children” uşaqlara yardım təşkilatının sədri, Danimarkanın keçmiş Baş naziri Helle Torninq Şmith (Helle Thorning Schmidt) dünya üzrə təxminən 15 milyon qızın evlənərkən 18 yaşdan aşağı olduğuna diqqət çəkib: “Uşaq evliliklərinin dəhşətli nəticələri var. Erkən evlilik qızların mənəvi ömrünü qısaldır. Qızlar məktəbdən çıxarılır və potensialları ictimai həyatdan ayrı qalır… Uşaq yaşdakı ailələrdə hamiləlik yaşı aşağı və ölü uşaq doğma sayları çox olduğu üçün bu, gənc yaşdakı analarda ağır xəstəliklərə yol açır. Dünyanın bütün dini adamlarını bir-birilə sıx əməkdaşlığa çağırırıq".

  Konfransda uşaq yaşda evliliklərin ən çox olduğu yerlərin Cənubi Asiya və Qərbi və Orta Afrika ölkələri olduğu bildirilib.

  Qərbi Afrika ölkələri və Orta Afrika Respublikasında hazırda 20-24 yaş arasında olan gənc qadınların 40 faizi 18-dən aşağı yaşda ərə gediblər. Bu qadınların üçdə biri 15 yaşından daha kiçik yaşda evləndirilib.

  Konfransa qatılan yardım təşkilatları Nigeriyada həddi-buluğa çatmayan qızların dörddə üçünün, Orta Afrika Respublikasında isə 70 faizinin ərə verildiyini söylənilib.



Әlaqәli Xәbәrlәr