ABŞ  qaçqınların  ölkəyə qəbulunu  qadağan  edən  qərarı  ləğv edib

ABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb.

834110
ABŞ  qaçqınların  ölkəyə qəbulunu  qadağan  edən  qərarı  ləğv edib

Fərmanda bildirilir ki, qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağanın müddəti oktyabrın 24-də başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi qeyd olunur.

Fərmanda bir sıra ölkədən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulub. Administrasiya nümayəndəsi məhdudiyyətlərin adı çəkilməyən 11 ölkəni əhatə edəcəyini bildirib. Həmin ölkələrin vətəndaşları yaxın üç ay müddətdə ABŞ ərazisinə yalnız ayrı-ayrı hallarda buraxılacaqlar.

Dövlət Departamenti ayrıca yaydığı bəyanatda qeyd edib ki, bütün ölkələrdən qaçqın ailələrinin hər bir üzvü əlavə yoxlama prosedurlarına məruz qalacaqlar.

 



Әlaqәli Xәbәrlәr