"Lombardiya və Veneto referendumları Kataloniyadan fərqlidir..." A.Tayani

Avropa Parlamentinin sədri Antonio Tayani (Tajani) Kataloniyadakı müstəqillik təşəbbüsünü heç bir Avropa İttifaqı ölkəsinin tanımaq istəmədiyini bildirərək "İttifaq bölünməkdən qorxur və qorxmalıdır da” deyib.

832808
"Lombardiya və Veneto referendumları Kataloniyadan fərqlidir..." A.Tayani

  İtaliyanın “İl Messaggero” qəzetinə müsahibəsində A.Tayani İspaniya və İtaliyadakı proseslər barədə danışıb. Kataloniyadakı prosesləri yaxından izlədiyini və vəziyyətin getdikcə ciddiləşdiyini bildirən Tayani deyib: “Kataloniyanın müstəqillik istəyi İspaniya hüquq və konstitusiyasına ziddir… Avropa İttifaqı bölünməkdən qorxur və qorxmalıdır. Buna görə bütün Avropa ölkələri Kataloniyanın müstəqillik təşəbbüsünü dəstəkləməyəcək… İngiltərə belə İttifaqdan ayrılma prosesində olsa belə, bu məsələdə bir ailə kimi hərəkət edəcək və Kataloniyanın müstəqilliyini tanımayacaq… Amma bunu da etiraf etmək lazımdır ki, Kataloniya referendumunda gördüyümüz bəzi səhnələrdən narahatıq. Bu, İspaniyanın milyonlarla vətəndaşının qətiyyətilə qurulmuş bir demokratiya olmasıdır. İtaliyada Lombardiya və Veneto bölgələrində keçirilən referendum Kataloniyadan fərqlidir. Lombardiya və Veneto bölgələrindəki referendumlar qeyri-qanuni deyil, amma Kataloniya referendumu qanundan uzaqdır. Katalonlar müstəqillik istəyir, Lombardiya və Veneto regionu isə sadəcə daha çox muxtariyyət”.



Әlaqәli Xәbәrlәr