ABŞ dövlət katibi ərəb kralı ilə görüşdü

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson Yaxın Şərq, Cənubi Asiya və Avropanı əhatə edən səfərinin ilk dayanacağı olan Riyadda Səudiyyə Ərəbistanı Kralı Səlman Əbdüləzizlə bir araya gəlib.

831983
ABŞ dövlət katibi ərəb kralı ilə görüşdü

  Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Kral Səlman ABŞ dövlət katibini paytaxt Riyaddakı Yəmamə Sarayında qəbul edib.

  İki ölkə əlaqələrilə yanaşı regional və beynəlxalq məsələlərin də müzakirə olunduğu görüşdə Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr, Dövlət nazirləri İbrahim Əbdüləziz, Müsaid Məhəmməd Əyban, Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Emir Xalid Səlman Əbdüləziz və digər yüksək rütbəli səlahiyyətlilər iştirak edib.

  R.Tillerson Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyrlə birlikdə ortaq mətbuat konfransından sonra İraq Baş naziri Heydər İbadinin də olacağı Səudiyyə Ərəbistanı və İraq Koordinasiya Heyəti Toplantısının açılış mərasiminə yollanıb.

  ABŞ dövlət katibi daha sonra Qətərin paytaxtı Dohaya keçəcək. Buradakı görüşlərdə başda İran və İraq olmaqla regional mövzular müzakirə ediləcək.

  Yaxın Şərq səfərini tamamladıqdan sonra Reks Tillerson Cənubi Asiyaya gedəcək.



Әlaqәli Xәbәrlәr