İntensiv atəş və qumbaralara tuş gələn 54 polis həyatını itirdi

Paytaxt Qahirənin cənub-qərbindəki bölgədə döyüş hazırlığı edən polislərə atəş açılıb.

831784
İntensiv atəş və qumbaralara tuş gələn 54 polis həyatını itirdi

  Misirdə polisləri hədəfə alan hücumda 54 polis həyatını itirib.

  Paytaxt Qahirənin cənub-qərbindəki bölgədə döyüş hazırlığı edən polislərə atəş açılıb. İntensiv atəş və qumbaralara tuş gələn, terrorla mübarizə mütəxəssisi 54 təhlükəsizlik işçisi həyatını itirib.

  Yerli mətbuat hücumun Hasım Hərəkatının etdiyini yazıb, amma məlumat rəsmən təsdiqlənməyib.

  Qeyd edək ki, Hasım Hərəkatı Qahirədə təhlükəsizlik və məhkəmə işçilərinə hücumlarla tanınır.



Әlaqәli Xәbәrlәr