ABŞ dövlət katibi terrorçuları təbrik etdi

Amerika Birləşmiş Ştatları dövlət katibi Reks Tillerson Rakkanın terror təşkilatı DAEŞ-dən alınmasına görə digər terror təşkilatı PKK/PYD-ni təbrik edib.

831681
ABŞ dövlət katibi terrorçuları təbrik etdi

  ABŞ dövlət katibi yaydığı mesajda şəhərin DAEŞ-dən qurtarılması münaisbətilə Suriya xalqını, Suriya Demokratik Qüvvələri adı altında hərəkət edən terror təşkilatı PKK/PYD və Suriya-Ərəb koalisiyasını təbrik edib.

  R.Tillerson mesajında belə yazıb: "İşimiz hələ bitmədi. Amma Rakkanın qurtarılması DAEŞ-lə mübarizədə mühüm döngə, terrorçuları məğlub etmək baxımından isə Suriya içində və beynəlxalq səviyyədə səylərin müvəffəqiyyətidir. Rakkada vətəndaş şurası qurulacaq və şəhər bu şura vasitəsilə idarə olunacaq."

  Qeyd edək ki, DAEŞ terror təşkilatının paytaxt elan etdiyi Rakka aylardır mühasirədə idi, 4 aydır davam edən hərbi əməliyyat nəticəsində Suriya Demokratik Qüvvələri adı altında terror təşkilatı PKK/PYD tərəfindən ABŞ-ın köməyilə 17 oktyabrda geri alındı. Terror təşkilatı PKK-nın Suriya davamı YPG mənsubları Rakka meydanında PKK kapitan Abdullah Öcalanın plakatını açdı, çıxış edən bir YPG-li isə Rakkanın alınmasını Öcalana ithaf etdiklərini bildirdi.

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "Rakkada terrorçu başının şəklini açıblar. İndi bunu Amerika necə izah edəcək? Sözə gəlincə "PKK terror təşkilatıdır" deyirlər" sözlərilə münasibət bildirdikdən sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rakkada Öcalanın şəklinin açılmasını qınadığını açıqladı.



Әlaqәli Xәbәrlәr