ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına getdi

R.Tillerson Səudiyyə Ərəbistanı və İraq hökumətləri arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə keçiriləcək ilk koordinasiya şurasının iclasında iştirak edəcək.

831874
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına getdi

  Amerika Birləşmiş Ştatları dövlət katibi Reks Tillerson rəsmi danışıqlarla bağlı Səudiyyə Ərəbistanının paytaxtı Riyada gedib.

  R.Tillerson Səudiyyə Ərəbistanı və İraq hökumətləri arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə keçiriləcək ilk koordinasiya şurasının iclasında iştirak edəcək.

  Riyaddakı görüşləri zamanı o, Qətər böhranıyla yanaşı Yaxın Şərqdə İranın nüfuzunun getdikcə artması və Yəmən məsələsi barədə də danışacaq.  

  Səudiyyə Ərəbistanı və İraqın koodinasiya heyətinin toplantısında İraqın Baş naziri Heydər İbadi iştirak edəcək.  

  R.Tillerson Riyaddan sonra Qətərin paytaxtı Dohaya yola düşəcək.



Әlaqәli Xәbәrlәr