Vladimir Putin ABŞ-a xәbәrdarlıq edib

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yaxın vә orta mәnzilli raketlәrin lәğvinә dair  müqavilәnin şәrtlәrinә әmәl etmәdiyi tәqdirdә buna rәsmi Moskvanın oxşar  qarşılıq verәcәyini deyib.

830715
Vladimir Putin ABŞ-a xәbәrdarlıq edib

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yaxın vә orta mәnzilli raketlәrin lәğvinә dair  müqavilәnin şәrtlәrinә әmәl etmәdiyi tәqdirdә buna rәsmi Moskvanın oxşar  qarşılıq verәcәyini deyib.

Rusiyanın Soçi şәhәrindә tәşkil olunan ‘‘Valday’’ forumunda çıxış edәn Vladimir Putin bu günәdәk Rusiyanın yaxın vә ortamәnzilli raketlәrin lәğvinә dair  müqavilәnin (İNF) şәrtlәrinә әmәl etdiyini vurğulayıb.

Putin  Rusiyanın yeni raketlәr istehsal etmәkdә vә  müqavilәnin şәrtlәrinә әmәl etmәmәkdә günahlandırıldığını deyib.

‘‘Bu saziş yalnız  yerdə istifadə edilən sistemləri əhatə edir" deyә Putin: ‘‘Artıq tarazlıq tәmin olundu’’ deyә qeyd edib.

‘‘Saziş imzalanmamışdan öncə ABŞ-ın dənizdən və havadan istifadə edəcəyi  sistemlər vardı. Bu səbəblə saziş əslində Sovet İttifaqının tərksilah olmasına  yönəlmişdi",- deyә Rusiya prezidenti vurğulayıb.

 Putin Rusiyanın artıq Kalibir və oxşar sistemləri inkişaf etdirdiyinə işarə  edərək: "Artıq tarazlıq təmin olundu" deyib.

 Ortamәnzilli Nüvә Silahı Sazişi  SSRİ-nin sabiq Prezidenti Mixail Qorbaçov ilə ABŞ-ın keçmiş  prezidenti Ronald  Reyqan tərəfindən 8 dekabr 1987-ci ildә imzalanmışdı.



Әlaqәli Xәbәrlәr