UNICEF: ''Banqladeşə qaçan 320 min arakanlı uşaq pis şəraitdə yaşayır''

UNICEF Banqladeşə qaçan 320 min arakanlı uşağın qaçqın düşərgələrində pis şəraitdə yaşadıqlarını və həyatlarının təhlükə altında olduğunu bildirib.

830924

Banqladeşin Myanma ilə sərhədində yerləşən qaçqın düşərgələrini gəzən UNICEF-in baş direktoru Antoni Leyk burada yaşayan uşaqların tez bir zamanda yemək, təmiz su və tibbi ləvazimatlarla təmin edilməli olduğunu vurğulayıb. O, arakanlı uşaqların şahidi olduqları vəhşiliklər səbəbindən psixoloji dəstəyə də ehtiyac duyduqlarını deyib.

Təşkilatın hesabatında qeyd olunur ki, 582 min arakanlı qaçqının 320 minini uşaqlar təşkil edir və natəmizlik, xəstəliklərin yayılması onların həyatını təhlükəyə atır.

Әlaqәli Xәbәrlәr