Livan Məclisi 12 ildən sonra ilk dövlət büdcəsini təsdiqlədi

Livanda 2017-ci ilə aid büdcə maliyyə ilinin tamamlanmasına iki ay qalmış məclisdə qəbul edildi.

830691
Livan Məclisi 12 ildən sonra ilk dövlət büdcəsini təsdiqlədi

Livanda 2017-ci ilə aid büdcə maliyyə ilinin tamamlanmasına iki ay qalmış məclisdə qəbul edildi.

Livan Məclisi 12 ildən sonra dövlətin ilk büdcəsini təsdiqləyib.

Livan rəsmi xəbər agentiliyi “NNA”nın xəbərinə görə, Məclisdə keçirilən səsvermədə 2017-ci ilə aid dövlət büdcəsi təsdiqlənib. 61 üzv büdcənin lehinə, 4 üzv əleyhinə səs verib. Məclisin 8 üzvü isə bitərəf qalıb.

Büdcənin təsdiqlənməsindən sonra Baş nazir Saad Həriri məclisdə çıxış edərək, ölkədə illər sonra təmin edilən siyasi razılaşma sayəsində həyati əhəmiyyətə malik büdcənin təsdiqləndiyini söyləyib.

Livanın 2017-ci ilə aid büdcəsinin  ölkənin maliyyə ilinin başa çatmasına iki ay qalmış təsdiqlənməsinin yaxın günlərdə mübahisələrə səbəb olacağı güman edilir.

Qeyd edək ki, Livanın keçmiş Baş naziri Refiq Həririnin 2005-ci ildə suiqəsd nəticəsində həyatını itirməsindən bəridir bu ölkədə yaşanan böhrana görə dövlət büdcəsi təsdiq edilə bilmirdi.

Saad Həriri 2016-ci ilin dekabr ayında baş nazir olduqdan sonra Livanın təcili hell edilməsi lazım olan problemlərindən birinin dövlət büdcəsi olduğunu və bu barədə fəaliyyətlərin dərhal başladılacağını elan etmişdi.



Әlaqәli Xәbәrlәr