Almaniyada türk dili dərslərinə rəsmi mane törədildi

Türkiyə-Almaniya münasibətlərindəki siyasi gərginlik türk soylu uşaqlara verilən dil dərslərinə də maneə törədib.  Paytaxt Berlində 17 məktəbdə verilən türk dili dərsi təxirə salınıb.

831315
Almaniyada türk dili dərslərinə rəsmi mane törədildi

  Almaniya rəsmiləri rəsmi çıxışlarında bunu bələdiyyələrin maliyyə çətinliyilə izah edir.  

  Berlinin rayonunun Mifdə rayonunda bir türkün icarə tələbindən sonra Fridrixsxayn-Kroytsberq (Friedrichshain-Kreuzberg) rayon bələdiyyəsi dərsliklərin pulsuz istifadəsinə gələn ildən son veriləcəyini bildirib.

  Berlindəki 17 məktəbdə 571 şagirdə türkcə dərs verilməməsiylə bağlı Türkiyənin Almaniya üzrə səfiri Əli Kamal Aydın Berlin Əyaləti Baş Naziri Maykl Müllerə məktub göndərərək Berlindəki 140 məktəbdə pulsuz konsulluq dərslərinin verilməsi üçün dəstək istəyib.

  Berlin Təhsil Senatorluğu sözçüsü Bit Stofers (Beate Stoffers) konsulluq dərslərilə yanaşı Berlində 28 türk müəllimlə dərs verməyə başlayacaqlarını bildirib.

  Almaniya mətbuatına çıxan xəbərlərdə Berlin Təhsil Senatoru Türkiyə tərəfinə dil dərslərində dini və siyasi ifadələrin çıxarılmasını tələb edib. Sözçü B.Stofers bu barədə: "Türkiyə tərəfi yeni dərsliyi bizə çatdırıb, araşdırıb dəyərləndirməliyik".

  Almaniya Türk Valideynləri Dərnəkləri Federasiyasının həmsədri Əli Sak deyib: "Berlində başlayan və konsulluq müəllimlərinin verdiyi dərslərin əyalətlərə köçürülməsi yanlşdır və siyasi hərəkətdir".

  Berlin, Bavariya, Baden-Vürttemberqin də aralarında olduğu bir çox əyalətdə Türkiyə tərəfindən göndərilən təxminən 500 müəllimin verdiyi türkcə dili dərsinə təxminən 40 min Türkiyə əsilli şagird gəlir.



Әlaqәli Xәbәrlәr