ABŞ Şimali Koreyaya hərbi gücünü göstərməyə başladı

Şimali Koreya qitələrarası balistik raket sınaqları və nüvə proqramına davam etdiyi bu günlərdə Amerika Birləşmiş Ştatları da Cənubi Koreya ilə birgə hərbi təlimlərə başladı.

828230
ABŞ Şimali Koreyaya hərbi gücünü göstərməyə başladı

   Koreya yarımadasında ABŞ-ın hərbi manevrləri beş gün davam edəcək.

  Cənubi Koreya Müdafiə Nazirliyindən verilən məlumata görə, birgə təlimdə təxminən 40 donanma gəmisi və “USS Ronald Reagen” təyyarələri var.  

  ABŞ-ın 7-ci donanmasından vedilən açıqlamada da bildirilir ki, “Hərbi təlimin məqsədi ABŞ - Cənubi Koreya ittifaqının təsirli və koordinasiyalı hərbi fəaliyyətini nümayiş etdirməkdir.”  

  ABŞ və Cənubi Koreya donanmalarının havadan, qurudan və dənizdən edəcəyi hərbi manevr Yaponiya dənizilə Sarı dəniz arasındakı bölgədə olacaq.  

  Pyonqyang rəhbərliyi ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimini “Şimali Koreyaya hücum hazırlığı” adlandırıb.  

  Çin Xarici İşlər Nazirliyi sözçüsü Lu Kanq paytaxt Pekində keçirdiyi mətbuat konfransında Cənubi Koreya və ABŞ-ın birgə hərbi təliminin yarımadada gərginliyi artırdığını bildirərək deyib: “ Vəziyyətin bu şəkildə davam etməsi heç kimə, xüsusilə də region ölkələrinin maraqlarına uyğun deyil. Bütün tərəflər sakitliyi qorumalı və dialoq yolunu seçməlidirlər”.



Әlaqәli Xәbәrlәr