“ABŞ İraqdakı münaqişədə tərəf tutmayacaq”, D.Tramp

ABŞ prezidenti Donald Tramp ölkəsinin  İraqın Kərkük şəhərindəki münaqişədə tərəf tutmayacağını açıqlayıb.

828371
“ABŞ İraqdakı münaqişədə tərəf tutmayacaq”, D.Tramp

ABŞ prezidenti Donald Tramp ölkəsinin  İraqın Kərkük şəhərindəki münaqişədə tərəf tutmayacağını açıqlayıb.

Tramp keçirdiyi mətbuat konfransında münaqişənin mövcud olma faktının ABŞ-ın xoşuna gəlmədiyini bildirib.

Digər tərəfdən rəsmi Vaşinqton Kərkük şəhərindəki münaqişəyə dair bölgədəki tərəflərə hərbi fəaliyyətləri koordinasiyalı şəkildə davam etdirmələri və dincliyin təmin edilməsi üçün çağırış edib.

ABD Dövlət Departamentinin sözçüsü Heather Nauert Kərkük və ətrafında baş verənlərə dair yaydığı yazılı bəyanatda bildirib ki, ABŞ İraq, Kərkük ətrafında baş verən şiddət hadisələrinin yaşandığına dair xəbərlərdən narahatdır. Baş verənləri yaxından təqib edirik və tərəfləri dincliyi təmin etməyə çağırırıq.

Münaqişəli bölgələrdə İraqın əsas qanunlarına uyğun olaraq mərkəzi və regional hökumətlərin birgə sülh cəhdlərinə dəstəklərini dilə gətirən Nauert bu hökumətlərin rəhbərlərindən səlahiyyətlilərlə birlikdə gərginliyin azaldılması, qarşıdurmalara mane olunması və dialoq aparılması üçün cəhd etdiklərini bildirib.

ABŞ-ın iraqlı tərəflərlə DEAŞ-ın məğlub edilməsi üçün fəaliyyətlərini davam etdirəcəyini də vurğulayan sözcü: “Tərəflər etnik və dini qarşıdurma yaranmasını istəyən İraq düşmənlərinin təxribatçı siyasətlərinə vasitəçi olmasınlar. Xüsusilə də DEAŞ-ın aradan qaldırılması üçün görüləsi çox işlər var, İraq və Kürd qüvvələri arasındakı gərginlik bu önəmli vəzifəyə mənfi təsir göstərir. ABŞ iraqlı tərəfdaşları ilə DEAŞ-ın məğlub edilməsi üçün cəhdlərini davam etdirəcəkdir.”



Әlaqәli Xәbәrlәr