“ABŞ qərəzli siyasətindən imtina etməlidir”, A.T.Çun

Şimali Koreya Parlamentinin sədr müavini An Tonq Çun ABŞ-nı ölkəsinə qarşı qərəzli siyasətindən imtina etməyə çağırdı.

827417
“ABŞ qərəzli siyasətindən imtina etməlidir”, A.T.Çun

Şimali Koreya Parlamentinin sədr müavini An Tonq Çun ABŞ-nı ölkəsinə qarşı qərəzli siyasətindən imtina etməyə çağırdı.

Rusiyanın Sankt-Peterburq şəhərində davam edən Parlamentlərarası Birliyinin zirvə yığıncağında çıxış edən Çun bildirib ki, ABŞ-ın Şimali Koreyaya qarşı qərəzli siyasətinə son qoymasını istəyirik. Nüvə proqramımız ölkənin müstəqilliyini qorumağı hədəf götürür.

Çun ölkəsinin müstəqilliyinə qarşı meydan oxunduğunu və ABŞ tərəfindən yox edilmə təhlükəsilə qarşı-qarşıya olduqlarını bəyan etmək istədiklərini bildirərək deyib ki, tarix özümüzü qorumağımızın vacibliyini sübuta yetirmişdir və nüvə proqramlarımızın hədəfi təhlükələrin qarşısının alınması və müstəqillimizin qorunması məqsədini daşıyır.



Әlaqәli Xәbәrlәr