Səudiyyə kralı qonşusuyla bağlı ABŞ-ın yanında olduğunu bəyan etdi

Səudiyyə Ərəbistanının kralı Salman Əbdüləziz Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın yeni İran strategiyasını bəyəndiyini söyləyib.

827187
Səudiyyə kralı qonşusuyla bağlı ABŞ-ın yanında olduğunu bəyan etdi

  Kral Səlman İranla bağlı ABŞ-ı dəstəklədi.

  Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərə görə, kral Səlman D.Trampla telefonla danışıb. Söhbət zamanı Səlman Trampın yeni İran strategiyasına münasibət bildirərək “Terror və ekstremizmə qarşı mövqelər nümayiş etdirmək üçün və bunların birinci dəstəkçisi olan İrana qarşı səylərimizi birləşdirməliyik" deyib.

  ABŞ prezidenti Donald Tramp isə ABŞ-ın İran nüvə müqaviləsindən hələlik ayrılmayacağını bildirib: “Əgər konqres və müttəfiqlərimizlə bir həllə çatmasaq, o zaman müqavilə ləğv ediləcək. Müqavilə monitorinq altındadır və hər zaman mənim tərəfimdən ləğv edilə bilər".  

  Xatırladaq ki, bir neçə həftə əvvəl D.Tramp İran İnqilab Mühafizləri ordusunu terrora dəstək adı ilə qara siyahıya salacağını bildirib.



Әlaqәli Xәbәrlәr