Vyetnamda daşqınlar 54 nәfәrin hәyatına son qoyub

Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 54 nəfərə çatıb, daha 39 nəfər isə itkin düşüb.

826739
Vyetnamda daşqınlar 54 nәfәrin hәyatına son qoyub

Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 54 nəfərə çatıb, daha 39 nəfər isə itkin düşüb.

Bu barədə Vyetnamın Fövqəladə Hallar üzrə Milli Agentliyi məlumat yayıb. Daşqınlardan ən çox ölkənin şimalında yerləşən Hoabin əyalətinin zərər çəkdiyi bildirilir. Əyalətdə fövqəladə vəziyyət rejimi elan olunub.

Leysan yağışları və daşqınlar 30 minə yaxın evin su altında qalmasına səbəb olub.

Təbii fəlakətin yaşandığı bölgələrdə xilasedici əməliyyatların davam etdirildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr