Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyanı elan edib

ABŞ prezidenti  Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib.

826737
Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyanı elan edib

Donald Tramp İran ilә әldә olunan nüvә sazişini tәxirә salıb, hәmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu  sanksiyalar siyahısına daxil edib.

ABŞ prezidenti Ağ Evdә İranla bağlı açıqlama verib.

D.Tramp İran İslam İnqilabi Keşikçilәri Korpusunun başda Suriya olmaqla  Yaxın Şәrqdә terrorçulara dәstәk verdiyini qeyd edib. O, hәmçinin  rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib.

Donald Tramp İran ilә  ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Çin və Avropa İttifaqı (5+1 formatı)  arasında  2015-ci ildә  әldә olunan “İranın Nüvə Proqramının Məhdudlaşdırılmasına dair Birgə Hərtərəfli Fəaliyyət Planı”nı davam etdirmәyәcәklәrini deyib.

Trump  sözügedən müqavilə mətnini Konqresin yenidən qiymәtlәndirәcәyini bildirib.

 



Әlaqәli Xәbәrlәr