Rusiya ilə ABŞ arasında indi də bayraq problemi başladı

Vaşinqtondakı Rusiya Səfirliyi “twitter” hesabından payılaşdığı yazıda San-Fransiskodakı boşaldılan Konsulluq binasında Rusiya bayraqlarının oğurlandığını bildirib.

825394
Rusiya ilə ABŞ arasında indi də bayraq problemi başladı

  Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında indi də bayraq problemi yaşanır.

  San-Fransiskodakı Rusiya Konsulluğundan bayraqların oğurlandığını bildirən Moskva rəsmi Vaşinqtona etiraz edib.  

  Vaşinqtondakı Rusiya Səfirliyi “twitter” hesabından payılaşdığı yazıda San-Fransiskodakı boşaldılan Konsulluq binasında Rusiya bayraqlarının oğurlandığını bildirib. Bayraqların qaytarılmasını tələb edən səfirlik boş bayraq dirəklərinin fotolarını paylaşıb.  

  “Oğurlandı” ifadəsini qəbul etməyən ABŞ bayraqların endirilərək binada qoyulduğunu bildirib.

  Xatırladaq ki, iki ölkə arasında diplomatik böhran ABŞ rəhbərliyinin  Rusiyadan San-Fransiskodakı Konsulluğunun azad edilməsi tələbiylə başlayıb.



Әlaqәli Xәbәrlәr